...

SABİR RÜSTƏMXANLI: "AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI OLMADAN İQTİDAR-MÜXALİFƏT DİALOQU BAŞ TUTMAYA BİLƏR"

Siyasət Materials 8 Sentyabr 2005 15:14 (UTC +04:00)

"İndiki dönəmdə iqtidarla-müxalifət arasında dialoqun baş tutmasına həvəs göstərən qüvvə yoxdur" Bu barədə Trend agentliyinə iqtidarla-müxalifət arasında dördüncü dərfə dialoqun baş tutmasına təşəbbüs göstərən müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bilidirb.

S.Rüstəmxanlı qeyd edib ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) əvvəlki mövqeyində, yəni əgər dialoqda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iştirak edərsə tədbirə qatılmayacağında israrlıdır.

AXCP-nin dəvət olunmayacağı təqdirdə iqtiarla müxalifət arasında dialoqun baş tutması məsələsinə gəlincə S.Rüstəmxanlı bildirib: "Onda AXCP-nin təmsil olduğu "Azadlıq" blokundakı digər partiyalar dialoqda iştirak etməyəcəklər. Bu da baş tutmayacaq".

ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavessinin iqtidarla müxalifət arasında dialoqun baş tuta biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən S.Rüstəmxanlı qeyd edib ki, hərdən görüntü yaratmaq üçün bu fikir ortalığa atılır: "Bu fikri təkcə o, yox elə müxalifət və iqtidarda olan qüvvələr də hərdən söyləyirlər".

Xəbər lenti

Xəbər lenti