...

AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ SƏDRİ RƏSUL QULİYEV AZƏRBAYCANA OKTYABRIN SONLARINDA GƏLƏCƏK

Siyasət Materials 8 Sentyabr 2005 17:18 (UTC +04:00)

"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin Londondan ABŞ-a gedəcəyi ilə bağlı dövri mətbuatda yayılan məlumatlar həqiqətəuyğun deyil". Bu barədə Trend agentliyinə radikal mövqedən çıxış edən ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu bu barədə onda heç bir məlumatın olmadığını qeyd edib: "Rəsul bəy ABŞ-a qayıtmağı planlaşdırsaydı bunu əvvəlcədən mənə xəbər verərdi" - deyən S.Cəlaloğlu Trend in "Eks-spiker hazırda Londondadırmı" sualına belə cavab verib: "Bu barədə də məndə heç bir məlumat yoxdur".

ADP sədrinin digər müavini Taliyət Əliyev də Trend ə R.Quliyevin Londondan ABŞ-a qayıdacağı barədə məlumata malik olmadıqlarını bildirib. Eks-spikerin indi harada olması ilə bağlı suallarımıza T.ƏIliyev: "Mən indi görüşə tələsirəm" deməklə cavab verməkdən yayınıb.

"Rəsul Quliyevin ABŞ-da görüşləri nəzərdə tutulub" Bunu isə Trend agentliyinə ADP sədrinin başqa müavini Elman Salayev bildirib.

Onun sözlərinə görə R.Quliyev sentyabrın 15-də ABŞ-da beynəlxalq təşkilatların keçirəcəkləri hansısa seminarda çıxış edəcək: "Təbii ki, orada konqresmenlərlə də görüşəcək".

ABŞ səfərindən sonra Avropaya, oradan isə Azərbaycana gələcəyini deyən E.Salayev bu əlamətdar hadisənin oktyabrın sonlarında baş verəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti