...

MSK SƏDRİ VENESİYA KOMİSSİYASININ İKİ TÖVSİYƏSİNİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ İNANMIR

Siyasət Materials 8 Sentyabr 2005 18:00 (UTC +04:00)
MSK SƏDRİ VENESİYA KOMİSSİYASININ İKİ TÖVSİYƏSİNİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ İNANMIR

Azərbaycanın Mərkəzi Seçki komissiyasının (MSK) sədri Məzahir Pənahov Venesiya komissiyasının (VK) son tövsiyələrinin gerçəkləşdirilməsinin mümkünlüyünə inanmır.

Bu barədə M.Pənahov VK-nın və bir sıra digər beynəlxalq təşkilatların seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və parlament seçkilərinin barmaqların nişanlanması sisteminin tətbiq edilməsi ilə keçirilməsi zərurəti barədə israrlı tövsiyələrini şərh edərkən eksklüziv olaraq Trend ə bildirib.

"Hər şey ola bilər, amma mən inanmıram, belə ki, seçkilərə iki ay qalır, bu zaman ərzində nəyi isə dəyişmək gülünc və qeyri-adi ola bilər.Bunlar parlament səviyyəsində həll edilən məsələlərdir.Mən düşünmürəm ki, parlament seçkilər məsələsinə yenidən qayıtsın" -deyə M.Pənahov vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan MSK Venesiya komissiyasının tövsiyələrini müsbət qiymətləndirir. "İndiyədək kifayət qədər tövsiyələr qəbul edilib, məsləhətləşmələr aparılıb.

Bizim Venesiya komissiyası ilə çox yaxşı münasibətlərimiz vardır və bu günlərdə biz onlarla tədbir keçirəcəyik" -deyə M.Pənahov MSK nümayəndələri üçün seminar keçirilməsini nəzərdə tutaraq bildirib.O, həmçinin qeyd edib ki, Venesiya komissiyasının bu tövsiyələrinə yenidən baxılmasına inanmır.

Xəbər lenti

Xəbər lenti