...

İLHAM ƏLİYEV: AZƏRBAYCANDA YOXSULLUĞUN SƏVİYYƏSİ 40%-DƏK ENİB

Siyasət Materials 8 Sentyabr 2005 19:08 (UTC +04:00)

Azərbaycanda yoxsulluğun səviyyəsi 40%-dək enib və bu göstərici enməkdə davam edir. Trend bildirir ki, sentyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Lerik rayonunda keçmiş prezident Heydər Əliyevin abidəsinin açılış mərasimində ictimaiyyət qarşısında çıxış edərkən bu barədə bəyan edib.

Onun sözlərinə görə, dövlət siyasətində indi regionların sosial-iqtisadi inkişafı əsas yer tutur və bu siyasət bundan sonra da davam etdiriləcək.O, ümid etdiyini bildirib ki, həmin siyasətin davam etdirilməsi sayəsində ölkədə, o cümlədən regionlarda yoxsul adamlar qalmayacaq və həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılacaq.

Dövlət başçısının sözlərinə görə, 52 regional modul elektrik stansiyasının birincisinin tikintisinə başlanılması ilə əhali elektrik enejisi ilə müntəzəm təmin ediləcək.

Sentyabrın 8-də axşam İ.Əliyev həmçinin Lerikin tarix-diyarşünaslıq muzeyində olub.

Azərbaycan prezidentinin ölkənin cənub rayonlarına səfəri sabah davam edəcək. Prezident Masallı və Yardımlı rayonlarına da getməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti