...

AXCP SƏDRİ ATƏT-İN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 8 Sentyabr 2005 19:11 (UTC +04:00)

"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli sentyabrın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycan üzrə müşahidə missiyasının nümayəndəsi xanım Rafael Mateylə görüşüb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Görüşdə R.Matey seçki kampaniyasının bu mərhələsində görülən işlər, "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin həbsi və son bir ayda baş vermiş digər hadisələr barədə məlumatlandırılıb.

Ə.Kərimli seçki kampaniyasının indiki mərhələsi haqqında fikirlərini bildirib.

Xəbər lenti

Xəbər lenti