...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ "AZADLIQ" BLOKUNUN YÜRÜŞ-MİTİNQİNƏ İCAZƏ VERİB

Siyasət Materials 9 Sentyabr 2005 12:46 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun sentyabrın 10-na planlaşdırıdığı yürüş-mitinqinin keçirilməsinə icazə verib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Bloka daxil olan AXCP, ADP və Müsavat partiyaları sentyabrın 10-da saat 17.00-dan başlayaraq metronun "20 Yanvar" stansiyası yaxınlığından "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirəcək. Bu dəfə təşkilatçısı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) olan aksiyada parlament seçkilərinin azad, ədalətli keçirilməsi, bütün namizədlər üçün demokratik və bərabər şərait yaradılması, müxalifətə qarşı təqib-təzyiqlərə son qoyulması, həmçinin Qarabağın işğaldan azad edilməsi üçün əməli tədbirlər görülməsi, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatillərinin və sifarişçilərinin tapılıb cəzalandırılması tələbləri səsləndiriləcək. Yürüş-mitinqdə çoxlu sayda narıncı rəngli bayraqların qaldırılması və aksiya iştirakçılarının bu rəngli geyimdə olması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti