...

İLHAM ƏLİYEV: AZƏRBAYCANDA 2008-Cİ İLƏ QƏDƏR 600 MİN YENİ İŞ YERİ AÇILACAQ

Siyasət Materials 9 Sentyabr 2005 13:17 (UTC +04:00)

Gələn ildən Azərbaycanda siyahıyaalnıma prosesi və sovet dövründən əhalinin banklarda qalmış əmanətlərinin qaytarılmasına başlanılacaq. Trend in məlumatına görə, bu barədə sentyabrın 9-da Masallı roayonunun ictimaiyyəti ilə görüşü zamanı bəyan edib.

O bildirib ki, 2008-ci ilə qədər Azərbaycanda 600 min yeni iş yeri açılacaq. Prezident seçkilərindən bu günə kimi ötən müddətdə isə artıq 300 min iş yeri açılıb və bu siyasət gələcəkdə də davam etdiriləcək. Dövlət başçısının sözlərinə görə, Lənkəranda yeni aeroportun tikintisi və Astarada modul elektrik stansiyasının tikintisinə başlanılması cənub regionu üçün mühüm əhəmiyyət kəsb edir.

Dövlətin sahibkarlığın inkişafına yardımı barədə danışan İ.Əliyev bildirib ki, gələn ildən dövlət büdcəsindən ölkədə kiçik və orta biznesin kreditləşdirilməsi üçün 400 milyard manat vəsait ayrılacaq. Bu zaman dövlət başçısı yerli hakimiyyət orqanlarını sahibkarların işlərinə mane olmamağa çağırıb.

Oktyabrdan minimal əmək haqqının 150 min manata qədər artırılacağına toxunan prezident qeyd edib ki, bu, adamların həyat fəaliyyətini tam təmin etməyə imkan vermir və bu minimum gələcəkdə də artırılacaq. Onun sözlərinə görə, Gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması ilə əlaqədar büdcəyə vəsaitin daxil olması artacaq və bu əhalinin ardıcıl olaraq əmək haqlarının və pensiyalarının artmasına imkan verəcək.

İ.Əliyev Heydər Əliyev parkı ilə və yerli istehsalçıların mallarının sərgisi ilə tanış olub. Dövlət başçısı həmçinin, yeni ticarət mərkəzinə və kərpic zavoduna da baş çəkib.

Xəbər lenti

Xəbər lenti