...

YENİ AZƏRBAYCAN PARTİYASI TƏBLİĞAT KAMPANİYASINI REGİONLARDA DAVAM ETDİRƏCƏK

Siyasət Materials 9 Sentyabr 2005 14:31 (UTC +04:00)

"Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 8-dən kütləvi aksiyalara start verib". Bu barədə Trend agentliyinə YAP-ın icraçı katibi Əli Əhmədov bildirib.

2003-cü ildən mədəni tədbirlər keçirməklə kütləvi aksiyalara yenilik gətirdiklərini bildirən Ə.Əhmədov bunun effektini gördüklərini qeyd edib: "İndiki seçki kampaniyasında da biz bu elementlərdən istifadə edirik".

Yaxın günlərdə təbliğat kampaniyasını regionlarda da davam etdirəcəklərini bildirən Ə.Əhmədov: "Məqsədimiz hər bir seçici ilə evində fərdi görüşməkdir. Biz elə bir seçki təbliğat kampaniyası quracağıq ki, sədası bütün Azərbaycana səs salsın", - deyə vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyevin YAP sədri kimi partiyanın təbliğat kampaniyasında iştirak edib-etməyəcəyi məsələsinə gəlincə, o, "İlham Əliyev gördüyü işlərlə YAP-ın təbliğat kampaniyasına dəstək verib. İnsanlar kütləvi aksiyalara və yaxud müxtəlif rənglərə səs vermirlər, görülən işlərə səs verirlər", - deyə qeyd edib.

YAP-ın imzatoplama kampaniyasında inzibati resurslardan istifadə etməsi ilə bağlı iddialara münasibət bildirən Ə.Əhmədov bildirib ki, partiyanın inzibati resurslardan faydalanmaq ehtiyacı olmayıb: "Partiyamızın 400 min üzvü var. Bu insanların iştirakı ilə irəli sürdüyümüz hər bir namizəd üçün imza toplanılıb".

Xəbər lenti

Xəbər lenti