...

AZƏRBAYCANDA MANATIN DENOMİNASİYASI QİYMƏTLİ KAĞIZLAR BAZARINA TƏSİR ETMƏYƏCƏK

Siyasət Materials 9 Sentyabr 2005 15:13 (UTC +04:00)
AZƏRBAYCANDA MANATIN DENOMİNASİYASI QİYMƏTLİ KAĞIZLAR BAZARINA TƏSİR ETMƏYƏCƏK

Azərbaycanda manatın denominasiyası respublikada inflyasiyanın artmasına səbəb olacaq. Trend in məlumatına əsasən, sentyabrın 9-da Azərbaycan Respublikası qiymətli kağızlar üzrə dövlət komitəsinin sədri Heydər Babayev bildirib ki, denominasiya inflyasiyaya təkanverici amil olmasa da, iqtisadiyyata qısamüddətli mənfi təsiri olacaq.

"Bu, qiymətli kağızlar bazarına təsir etməyəcək. Hazırda komitə ölkə başçısının manatın denominasiyası ilə bağlı fərmanından irəli gələn məsələləri, yəni nominalların dəyişdirilməsi və s. həyata keçirir. Nisbətin 5 min manat olması müəyyən çətinliklər yaratsa da, bunlarnı heç biri keçilməz problemlər deyil" -deyə o qeyd edib.

Fərmanda nəzərdə tutulan qısamüddətli istiqrazlarla yanaşı, orta və üzünmüddətli istiqrazların buraxılmasına gəlincə H.Babayev bildirib ki, bu istiqamətdə tədbirlər həyata keçirilir.

"Həqiqətən də bu gün təkcə qısamüddətli istiqrazlarla bazarı tənzimləmək olmaz, başqa istiqrazlara da maraq doğurmaq lazımdır və bazarın strukturu görünməlidir.

Bazarda baş verən dəyişikliklərə əsasən,siyasət qurulmalıdır. Maliyyə nazirliyi ilə bu istiqamətdə işlər görülür" - deyə komitə sədri vurğulayıb.

H.Babayev onu da qeyd edib ki, qısamüddətli istiqazlarda gəlirin qısa müddətdə əldə olunması onlara marağı təmin edir. Amma üzün vədəli istiqrazlarda bu müddət uzun olduğundan bunlardan çəkinirlər.

Lakin buna baxmayaraq orta və üzün müddətli istiqrazların buraxılmasına dair planların olduğunu söyləyən komitə sədri bu günlərdə bu istiqamətdə təşəbbüslərin olacağını və bazarın yoxlanılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti