...

AMDP MÜXALİFƏT PARTİYALARININ ƏMƏKDAŞLIĞINA DAİR SAZİŞ LAYİHƏSİ HAZIRLAYIB

Siyasət Materials 9 Sentyabr 2005 15:21 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) parlament seçkilərində müxalifət partiyalarının əməkdaşlığına dair saziş layihəsi hazırlayıb. Bu barədə Trend ə AMDP-dən məlumat verilib.

Partiya seçkinin demokratik keçirilməsi, baş verəcək saxtakarlıqların qarşısının alınması məqsədilə bütün müxalifət partiyalarının birgə görüşünü təşkil edəcək. həmin görüşdə müxalifət partiyaları və seçki blokları arasında niyyət protokolunun imzalanması gözlənilir.

Qeyd edək ki, AMDP-nin sədri İsgəndər Həmidov müxalifət partiyalarının və bloklarının birgə görüşünü təşkil edərək seçki ilə bağlı əməkdaşlığı müzakirəyə çıxaracaq.

Bu məqsədlə sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində görüş keçirməyi planlaşdıran AMDP müxalifət liderlərinə əməkdaşlıqla bağlı bir sıra təkliflərlə müraciət edib.

AMDP müxalifətdən olan namizədlərin hakimiyyətin namizədlərinə qarşı vahid mövqedən çıxış etməsini və onlarla heç bir əlaqələrin yaradılmamasını, müxalifətçi namizədəlrin bir-birinin əleyhinə kampaniya aparmamasını, seçki kampaniyalarına nəzarəti birgə həyata keçirməyi, müşahidəçilərin işini əlaqələndirməyi, saxtakarlıqların qeydə alındığı məntəqələrdə nəticələrin ləğv olunması üçün birgə mübarizə aparılmasını təklif edir.

Həmçinin seçkidə ən çox səs toplamış müxalifət namizədlərinin səslərinin və hüquqlarının birlikdə qorunmasına dair öhdəlik götürülməsi təklif olunur. Bu şərtlər həmçinin AMDP-nin hazırladığı saziş layihəsinin müddəalarıdır.

Partiyanın görüşlə və əməkdaşlıqla bağlı təşəbbüsü artıq bir neçə müxalifət partiyası tərəfindən dəstəklənib və sözügedən tədbirə qatılmağa razılıq verilib.

Xəbər lenti

Xəbər lenti