...

AZƏRBAYCANIN APARICI POLİTOQLARI UKRAYNADAKI SON HADİSƏLƏRİ ŞƏRH EDİBLƏR

Siyasət Materials 9 Sentyabr 2005 18:45 (UTC +04:00)

Azərbaycanın aparıcı politoloqları Ukraynadakı son hadisələri Trend ə şərh edərkən prezident Viktor Yuşşenkonun yeni komandanı formalaşdırmaqla bağlı addığı addımları dəstəkləyiblər.

Demokratik İslahatlar Partiyasının sədri (DİP) Asim Mollazadə Trend ə verdiyi müsahibəsində bildirib ki, Yuliyə Timoşenkonun başçılığı altında Ukrayna Nazirlər Kabinetinin fəaliyyəti "prezident Yuşşenkonun siyasətinə uyğun gəlmirdi".

"Dövlət başçısı Ukrayna xalqının böyük dəstəyinə malikdir və vətəndaşlar ona inanırlar", -deyə DİP sədri bildirib və qeyd edib ki, son hadisələr Kiyevin mövqeyinin bütün mövqelərdə güclənməsinə xidmət edir.

"Ukrayna Azərbaycana bir dost ölkə kimi avroatlantika strukturlarına inteqrasiya siyasətini davam etdirir və son hadisələrə gəldikdə isə onlar Kiyevin mövqeyini yalnız gücləndirir", -deyə A. Mollazadə qeyd edib. O, Viktor Yuşşenkonun Qərblə yaxınlaşmaqla bağlı kursunu davam etdirmək iqtidarında olduğunu inamını ifadə edib.

Öz növbəsində, politoloq Rasim Musabəyov qeyd edib ki, özündə iri oliqarxları birləşdirən Viktor Yuşşenkonun komandasında bir sıra məsələlərdə mövqelər üst-üstə düşmür. "Hökumətin nümayəndələrinin iqtisadi maraqları Ukraynanın dövlət maraqlarına cavab vermir ki, bunun da nəticəsi siyasi böhrana gətirib çıxardı", -deyə R. Musabəyov qeyd edib.

Onun sözlərinə görə, yaranmış vəziyyət "prezidentə öz mövqelərini möhkəmləndirməyə imkan verir". "Əks halda, yaxınlaşmaqda olan parlament seçkiləri ərəfəsində xalq öz sözünü deyəcək", -deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Ukraynada hökumət dəyişikliyi ölkənin xarici siyasətində radikal dəyişiklərə səbəb olmayacaq. R. Musabəyovun sözlərinə görə, GUAM çərçivəsində Kiyevin siyasəti də həmçinin dəyişilməz qalacaq. "GUAM Leonid Kuçmanın dövründə yaranıb və Viktor Yuşşenkonun dövründə möhkəmlənib", -deyə politoloq xatırladıb. O qeyd edib ki, bu təşkilat Kiyevin Qərblə yaxınlaşmağa dair strateji planlarının bir hissəsidir.

Azərbaycan prezidentinin xarici məsələlər üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, V. Yuşşenkonun komandasında lap əvvəlcədən birlik yox idi. "Tez və ya gec hökumətin sıralarında parçalanma baş verəcəkdi və hökumətdaxili mübarizədə qalib tərəf prezident olacaqdı", - deyə o qeyd edib. V.Quluzadə hesab edir ki, Kiyevin Avropaya inteqrasiyası sarsılmazdır. "Ukrayna Qərbyönümlü siyasət yürüdür və son hadisələr Yuşşenkonun mövqelərini möhkəmləndirir", -deyə sonda V. Quluzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti