...

10 MİN NEFTÇİ SƏSVERMƏDƏ İŞTİRAK ETMƏYƏ BİLƏR

Siyasət Materials 9 Sentyabr 2005 18:52 (UTC +04:00)

"10 min neftçi səs vermək hüququndan məhrum ola bilər" Bu barədə Trend agentliyinə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq-müdafiəçisinin sözlərinə görə seçki keçirilən gün dəniz platformalarında, dəniz estakadalarında və əlahiddə özüllərdə, xüsusilə "Bahar" və "Çıraq" yataqlarında, Qumm adasında, hətta Bakı-Ceyhan teriminalında çalışan neftçilərin necə səs verəcəkləri Mərkəzi Seçki Komissiyasını düşündürməlidir.

Ötən parlament seçkiləri günündə də belə ünvanlarda çalışan neftçilərin səs verə bilmədiklərini deyən M.Qəhrəmanlı bunun çıxış yolunu seçki qutularının həmin ünvanlara aparılmasında gördüyünü bildirib: "Bir şərtlə ki, həmin gün hava şəraiti buna imkan versin".

N.Qəhrəmanlı hava şəraiti yaxşı olsa belə bəzi neftçilərin səs verə bilməyəcəklərini qeyd edib: "Çünki onların çoxu növbəli iş rejimi ilə işləyirlər. Tutduqları postu qoyub səs verə bilməyəcəklər".

N.Qəhrəmanlı səs veriləcək günü 14 dəniz platformasında təxminən 10 min neftçinin çalışacağını deyib.

Xəbər lenti

Xəbər lenti