...

AZƏRBAYCAN PARLAMENTARİSİ AŞ-NİN DAĞLIQ QARABAĞ ÜZRƏ ALT KOMİTƏSİNİN İKİNCİ İCLASINDA İŞTİRAK ETMƏK ÜÇÜN FRANSAYA GEDİB

Siyasət Materials 9 Sentyabr 2005 18:58 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik islahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə AŞ monitorinq komitəsinin Antalyada (Türkiyə) keçirilən iclası başa çatdıqdan sonra Fransaya gedib.Sentyabrın 9-da Bu barədə DİP-nin mətbuat xidmətində Trend ə bildirilib.

Məlumatda qeyd olunur ki, Fransaya səfər çərçivəsində A. Mollazadə AŞ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin sentyabrın 12-də Parisdə keçirilən ikinci iclasında iştirak edəcək.İclasa ATƏT-in Minsk qrupu həmsədrləri dəvət edilib və onlar komitə üzvlərini danışıqlar prosesinin gedişi ilə tanış edəcək.

İclasda Azərbaycan tərəfini respublikanın parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov, Milli Məclisin deputatı Asim Mollazadə, eləcə də XİN başçısının müavini Araz Əzimov təmsil edəcək.

Qeyd edək ki, alt komitənin tərkibi AŞPA-nın iyun sessiyasında təsdiq edilib.Alt komitənin rəhbəri Britaniya parlamentinin üzvü, lord Rassel Consondur.

Xəbər lenti

Xəbər lenti