...

HACI MAQOMEDOVUN YAXIN SİLAHDAŞI DAĞISTANDA HƏBS OLUNUB

Siyasət Materials 9 Sentyabr 2005 19:17 (UTC +04:00)

Hacı Maqomedovun daha bir yaxın silahdaşı - Zaqatala rayonunun Kebeloba kənd sakini Hiniyev İslam Şaban oğlu həbs olunub. Bu barədə Trend ə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

İslam Hiniyev 2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir sıra ağır cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi silahlı quldur dəstənin yaradılmasında fəal iştirak edib. Sonradan dəstə zərərsizləşdirilsə də İslam Hiniyevi həbs etmək mümkün olmayıb. Lakin bu günlərdə İ.Hiniyev Dağıstanda həbs edilib.

Onun həbsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin (DİN BCAİ) Dağıstana ezam olunmuş üzvləri ilə Dağıstanın daxili işlər orqanı əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində baş tutub. Onun artıq Azərbaycana gətirildiyi və istintaq orqanına təqdim olunduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti