...

R. HARNİŞ: ABŞ TERRORİZMLƏ MÜBARİZƏ MƏQSƏDİLƏ ÖZ STRATEJİ TƏRƏFDAŞI AZƏRBAYCANLA İŞİ DAVAM ETDİRMƏK ƏZMİNDƏDİR

Siyasət Materials 9 Sentyabr 2005 20:55 (UTC +04:00)

ABŞ terrorizm tamamilə məhv edilənədək öz strateji tərəfdaşı Azərbaycanla işi davam etdirmək əzmindədir. Trend bildirir ki, bu fikir ABŞ-nın Azərbaycandakı səfiri Rino Harnişin 11 sentyabr terror aktlarının 4-cü ildönümünə həsr olunmuş məqaləsində qeyd olunur.

Məqalədə qeyd olunur ki, "terror dünya ictimaiyyətinin konstruktiv gələcəyini vəd etmir.Terrorçuların kütləvi qırğın silahları hazırlamaq cəhdləri bütün bəşəriyyət üçün real təhlükədir".

Amma Amerika diplomatının fikrincə, ABŞ terrorçuların yeni hücumlarını gözləməyəcək, bunun qarşısının alınması üçün konkret tədbirlər həyata keçirəcək.

Qeyd olunur ki, 11 sentyabr hadisələrindən sonra Vaşinqton öz müttəfiqləri ilə sıx əməkdaşlıq edərək milli və beynəlxalq səviyyədə bir sıra razılaşmalara yenidən baxıb.

Məqalə aşağıdakı cümlələrlə bitir: "Qoy heç kim şübhə etməsin ki, ABŞ xalqı 11 sentyabrda həlak olanların xatirəsindən güc alır. Vaşinqton və onun müttəfiqləri onların maraqlarına ziyan vurmaq istəyənlərə qarşı sayıq olaraq qalmaqdadır".

Xəbər lenti

Xəbər lenti