...

"AZADLIQ" BLOKUNUN ÜZVLƏRİ MİKROFONUN İŞLƏMƏMƏSİ ÜZÜNDƏ MİTİNQDƏ ÇIXIŞ EDƏ BİLMƏYİBLƏR

Siyasət Materials 10 Sentyabr 2005 19:41 (UTC +04:00)
"AZADLIQ" BLOKUNUN ÜZVLƏRİ MİKROFONUN İŞLƏMƏMƏSİ ÜZÜNDƏ MİTİNQDƏ ÇIXIŞ EDƏ BİLMƏYİBLƏR

"Azadlıq" ("Svoboda") blokunun üzvləri sentyabrın 10-da "Qələbə" meydanında keçirilən mitinqdə mikrofonların işləməməsi üzündən çıxış edə bilməyiblər.

Trend in məlumatına görə, bloka daxil olan partiyaların liderlərinin - Əli Kərimli (Azərbaycan Xalq Cəbhəsi partiyası-islahatçılar), İsa Qəmbər ("Müsavat") və Sərdar Cəlaloğlu (Azərbaycan Demokratik Partiyası) tribunaya qalxaraq mikrofonların düzəlməsini gözləsələr də, bu baş verməyib.

Populyar müğənni Flora Kərimova tribunaya qalxaraq Azərbaycanın himnini oxuyub. "Azadlıq" blokunun nümaynədələrindən biri ruporun köməyi ilə mikrofonların sıradan çıxması hakimiyyət tərəfindən planlaşdırılmış təxribatdır.

Aksiya təxminən 19.15-də qətnamənin qəbul edilməsi ilə başa çatıb. Orada azad və ədalətli parlament seçkilərinin keçirilməsi, bütün namizədlər üçün bərabər şəraitin yaradılması, müxalifətin təqib olunmasına və ona qarşı təzyiqlərə son qoyulması, işğal olunmuş ərazilərin azad olunması üçün tədbirlərin görülməsi, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçilərinin və icraçılarının axtarışı və cəzalandırılması tələbləri irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti