...

BMT-NİN SESSİYASINDA AZƏRBAYCAN ERMƏNTİSTANIN İŞĞAL ETDİYİ ƏRAZİLƏRDƏ NARKOTİKLƏRİN QANUNSUZ YETİŞDİRİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRACAQ

Siyasət Materials 12 Sentyabr 2005 11:27 (UTC +04:00)
BMT-NİN SESSİYASINDA AZƏRBAYCAN ERMƏNTİSTANIN İŞĞAL ETDİYİ ƏRAZİLƏRDƏ NARKOTİKLƏRİN QANUNSUZ YETİŞDİRİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRACAQ

BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və bununla bağlı məsələlər üzrə yardımçı komissiyasının sentyabrın 12-dən 16-na kimi Bakıda keçiriləcək 40-cı sessiyasında Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə narkotik vasitələrin qanunsuz yetişdirməsinə dair məsələ qaldıracaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə sentyabrın 12-də baş nazirin müavini, narkotiklərlə mübarizə üzrə dövlət komissiyasının sədri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu tədbirdə regionda narkotik vasitələrin qanunsuz yayılması, onların gələcək nəslə mənfi təsiri ilə bağlı öz narahatlığını bildirməlidir.

Ə.Həsənov, həmçinin, onu da bildirib ki, regionda narkotiklərin yayılmasının mənfi təsiri siyasi, iqtisadi və icitmai sabitliyi təhlükə altında qoyur. Onun fikrincə, BMT-yə üzv ölkələr bu məsələyə diqqəti artırmalıdır.

Xəbər lenti

Xəbər lenti