...

YENİ LƏNKƏRAN AEROPORTUNUN TİKİNTİSİ 150 MLRD MANATA BAŞA GƏLƏCƏK

Siyasət Materials 12 Sentyabr 2005 11:57 (UTC +04:00)

40 hekatrdan artıq ərazidə yerləşən Lənkəran hava limanı istifadəyə yararlı olmadığından yenisi tikiləcək. Lənkəran Rayon İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, bu, 150 mlrd manata ($32,744 mln) başa gələcək.

Beynəlxalq statusun verliməsinin planlaşdırıldığı hava limanı müasir tipli avadanlıqlar və texnika ilə təchiz olunacaq. Uçuş-eniş xəttinin uzunluğu 3,3 min metr təşkil edəcək.

Bakıdan Lənkərana aviareyslər bu yaxınlarda alınmış "AN" tipli təyyarələrlə həyata keçiriləcək. Meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının daşınması üçün Lənkərandan Moskvaya birbaşa reys açılacaq.

Hava limanında tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirir.

Sentyabrın 8-də prezident İlham Əliyev obyektə baş çəkib. O, üzərində "Lənkəran hava limanının sərnişin terminalının təməli 2005-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qoyulub" cümləsinin yazıldığı sütunu açıb. Prezident tikinti işlərinin aparılacağı əraziyə baxış keçirərək qeyd edib ki, ölkədə belə hava limanları şəbəsinin genişlənməsi böyük xeyir gtirəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycanda artıq 4 beynəlxalq hava limanı fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti