...

FƏZAİL AĞAMALI: ATƏT-İN SEMİNARINI İQTİDARLA MÜXALİFƏT ARASINDA DİALOQ ADLANDIRMAQ OLAR

Siyasət Materials 12 Sentyabr 2005 12:09 (UTC +04:00)
FƏZAİL AĞAMALI: ATƏT-İN SEMİNARINI İQTİDARLA MÜXALİFƏT ARASINDA DİALOQ ADLANDIRMAQ OLAR

"ATƏT-in hazırki seminarını iqtidarla müxalifət arasında dialoq adlandırmaq olar". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə "Ana Vətən" partiyasının sədri Fəzali Ağamalı bildirib.

O qeyd edib ki, ATƏT-in Bakı ofisinin təşkil etdiyi seminarın əsas mövzusu ictimai dialoqun həyata keçiriliməsidir. "Ana Vətən" partiyası rəhbərinin sözlərinə görə, ATƏT-in Bakı ofisinin sədri səfir Maurisio Pavesi öz çıxışında qeyd edib ki, Azərbaycanın siyasi qüvvələrinin dialoqu davam etdirilməlidir və o "kəsilməməlidir", belə ki, Azərbaycanda demokratik institutların inkişafında böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, "Hyatt Recensi" mehmanxanasında təşkil olunmuş seminar qapalı keçib və onda "Yeni Azərbaycan" partiyasının icraçı katibi Əli Əhmədov, "Azadlıq" müxalifət seçki blokunun liderləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti