...

SUMRU NAYAN: BMT-NİN YARDIMÇI KOMİSSİYASININ SESSİYASI NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNİN QARŞISININ ALINMASINDA BÖYÜK ROL OYNAYACAQ

Siyasət Materials 12 Sentyabr 2005 13:37 (UTC +04:00)
SUMRU NAYAN: BMT-NİN YARDIMÇI KOMİSSİYASININ SESSİYASI NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNİN QARŞISININ ALINMASINDA BÖYÜK ROL OYNAYACAQ

Naroktik maddələrin qanunsuz dövriyyəsi üzrə BMT-nin yardımçı komissiyası tərəfindən müntəzəm olaraq keçirilən görüşlər beynəlxalq təcrübə mübadiləsində və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı yönəldilmiş strategiyanın müəyyənləşdirilməsində böyük rol oynayır.

Trend in məlumatına görə, bu barədə BMT-nin Yaxın və Orta Şərqdə narkotik maddələrin qanunsuz dövriyyəsi üzrə yardımçı komissiyasının sədr müavini Sumru Nayan komissiyanın 40-cı sessiyasında bildirib. Onun fikrincə, komissiyanın fəaliyyəti regionun ölkələri arasında qarşılıqlı əlaqələrin əməliyyatlar və əməkdaşlıq səviyyəsində gücləndirilməsində böyük köməklik göstərir.

S.Nayan bildirib ki, bütün dünyada təxminən 1 mln ha narkotik maddə yetişdirilir. Narkomanların sayı 20 mln, narkotiklərdən dövri olaraq istifadə edənlərin sayı isə 300 milyondur.

İl ərzində qanunsuz narkotik dövriyyəsindən 300 mlrd dollar əldə olunur. "Narkotiklərin qanunsuz dövriyyəsindən əldə olunmuş pullar əsasən terrorçuluq məqsədilə istifadə olunur. Komissiyanın görüşlərində fikir mübadiləsi bizim üçün olduqca vacibdir, belə ki, bu, gələcəkdə texniki yardım proqramınnın hazırlanmasında və həyata keçirilməçində köməklik göstərir", - deyə o vurğulayıb.

BMT-nin yardımçı komissiyasının sədr müavini öz çıxışında, həmçinin, İraqda narkotiklərin qanunsuz dövriyyəsinə diqqəti yönəldərək bildirib ki, bu ölkədə külli-miqdarda narkotik maddələr satılır. "Bu, yardımçı komissiyanı narahat edir. İraqda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün biz ölkənin müvafiq orqanları ilə işləyirik", - deyə o bəyan edib.

S.Nayan narkotiklərin qanunsuz dövriyyəsinin və onunula bağlı cinayətlərin qarşısının alınmasında bu görüşün böyük rol oynayacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti