...

ELDAR MAHMUDOV: HACI MƏMMƏDOVUN CİNAYƏT İŞİ 64 EPİZOD ÜZRƏ ARAŞDIRILIR

Siyasət Materials 12 Sentyabr 2005 13:44 (UTC +04:00)
ELDAR MAHMUDOV: HACI MƏMMƏDOVUN CİNAYƏT İŞİ 64 EPİZOD ÜZRƏ ARAŞDIRILIR

Milli təhlükəsizlik naziri Eldar Mahmudov jurnalistlərlə söhbətində Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, çoxsaylı ağır cinayət əməllərinə görə MTN tərəfindən həbs edilmiş Hacı Məmmədovun istintaqı ilə bağlı bəzi açıqlamalar verib.

Trend məlumat verir ki, nazir həmin cinayət işinin geniş olduğunu və 64 epizod üzrə araşdırılıdığını vurğulayıb.

E.Mahmudov istintaq işinin təxminən 2-3 ay da davam edəcəyini bildirib. "Bilirsiniz ki, Hacı Məmmədovun cinayət işi ilə bağlı aparılan ibtidai istintaqın gedişatında aşkar olunan cinayət faktlarının sayı çoxdur.

Bu iş üzrə şübhəli şəxs və şahid qismində dindirilənlərin sayı da çoxdur. Alınan ifadələr əsasında hər dəfə yeni faktlar üzə çıxır, yeni adamlar istintaqa cəlb edilərək dindirilir, onların ifadələri ətrafında dəqiqləşdirmələr aparılır.

Bu da vaxt aparan amillərdir. Çalışacağıq ki, təxminən 2-3 aya istintaqı yekunlaşdıraq" - nazir qeyd edib.

Nazir, həmçinin, istintaq əməliyyat tədbirlərinin davam etdirildiyini və yeni faktlar aşkar olunarsa, onların da ətrafında istintaq aparılacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti