...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU MİTİNQƏ AZI 10 MİN ADAM ÇIXARMAĞI PLANLAŞDIRIB

Siyasət Materials 12 Sentyabr 2005 14:58 (UTC +04:00)

"Azərbaycan Naminə (AN) seçki bloku "Qələbə" meydanında oktybarın 1-ə planlaşdırdığı mitinqə ən azı 10 min adam çıxaracaq". Bu barədə Trend agentliyinə müxalifət yönlü AN seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, mitinqin keçirilməsinə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərdikləri məktubda bu rəqəm ilkin olaraq göstərilib: "Biz mitinqdə musiqi nömrələrindən də istifadə edəcəyik. Ona görə də meydana toplaşacaq insanların sayını indidən deyə bilmədiyimizdən ilkin olaraq 10 min nəzərdə tutmuşuq".

AN seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri onu da qeyd edib ki, artıq mitinqə hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb və komitəyə Elsevər Əliyev rəhbərlik edir.

AN seçki blokunun seçki təbliğatına hazırlıqla bağlı məlumat verən T.Əliyev bildirib ki, sentyabr ayında seçicilərlə məhəllə görüşləri keçirəcəklər. Oktyabr ayında isə kütləvi təbliğata başlaycaqlar.

Xəbər lenti

Xəbər lenti