...

LƏNKƏRANDA YENİ STADİONUN TİKİNTİSİ 15 MLN DOLLARA BAŞA GƏLƏCƏK

Siyasət Materials 12 Sentyabr 2005 15:52 (UTC +04:00)

Lənkəranda yeni stadionun tikintisi 15 mln dollara başa gələcək. Rayonun İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, "Xəzər-Lənkəran" futbol klubu üçün yeni stadionda tikinti işlərinə 300 nəfər cəlb olunub.

Stadionda 15 min üstüörtülü tamaşaçı yeri olacaq. Burada, həmçinin, 100 yerlik mehmanxana inşa ediləcək. Stadion istifadəyə verildikdən sonra 150 nəfər daimi işlə təmin olunacaq.

1957-ci ildə istismara verilmiş və hazırda yararsız halda olan stadionun yerində tikilən idman qurğusunun ərazisi 4,5 ha sahəni əhatə edir. Onun uzunluğu 108 m, eni isə 72 m-dir ki, bu da beynəlxalq standartlara uyğundur.

Burada idmançılar üçün hərp cür şərait yaradılaq. Stadionda, həmçinin, sahəsi 25 m2 olan işıq tablosu quraşdırılacaq. İdman qurğusunda uşaq futbolunun inkişafı üçün xüsusi meydança və tennis kortu tikilərək istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti