...

YENİ SİYASƏT SEÇKİ BLOKUNUN TƏMSİLÇİLƏRİ MİLLİ DEMOKRATİYA İNSTİTUTUNUN PROQRAM MENECERİ TOMM BARRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 Sentyabr 2005 16:30 (UTC +04:00)

"Yeni Siyasət" "YES" seçki blokunun Koordinasiya Şurasının üzvləri sentyabrın 12-də Milli Demokratiya İnstitunun Azərbaycan, Qazaxıstan və Qırğızıstan üzrə proqram menegeri Tom Barri ilə görüşüblər" Bu barədə Trend agentliyinə "YES" seçki blokunun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkilərə hazırlıq məsələləri müzakirə olunub. Koordinasiya Şurasının üzvləri xarici qonaqlara seçki kampaniyasının birinci mərhələsinin yekunu barədə məlumat veriblər.

Görüşdə təşviqat mərhələsində yaranan problemlər, seçici vəsiqələrində ünvanlarnın göstərilməməmsi, plakatların yayılması üçün müvafiq yerlərin ayrılmaması, "exit-poll"un keçirilməsi barədə də müzakirələr aparılıb.

Müzakirələr zamanı həmçinin "Yeni Siyasət" blokunun seçkilərlə bağlı planları barədə qonaqlara məlumat verilib.

Xəbər lenti

Xəbər lenti