...

ELDAR NAMAZOV: ATƏT-İN SEMİNARININ FORMATI BÖYÜK MARAQ DOĞURUR

Siyasət Materials 12 Sentyabr 2005 16:38 (UTC +04:00)

Toplantı azadlığında vətəndaşların hüquqlarının bilavasitə təmin edilməsi üçün məsuliyyət daşıyan icra hakimiyyəti instansiyaları nümayəndələrinin Azərbaycan iqtidar və müxalifətinin dialoqunda iştirakı, şübhəsiz ki, müsbət amildir.

Trend bildirir ki, sentyabrın 12-də toplantı azadlığında vətəndaşların hüquqlarının təmin edilməsi mövzusuna həsr olunmuş seminarda "Yeni Siyasət" müxalifət seçki blokunun həmtəsisçisi, "Azərbaycan naminə" forumunun prezidenti Eldar Namazov bu barədə bildirib.

"Əgər iqtidarın müxalifətlə dialoqu həmin yolla (geniş formatda - Trend ) davam etdirilsə, onda müsbət nəticələrin əldə olunması mümkündür"-deyə E. Namazov qeyd edib.

O, bildirib ki, seminarda müzakirə edilən mövzular daha konkret xarakter daşıyırdı.

Eyni zamanda müxalifət blokunun həmtəsisçisi bildirib ki, seminarda çıxış edən şəxslərin bir hissəsi "obyektivlik"dən uzaq idi.

"İqtidarın adından çıxış edən seminar iştirakçılarının əksəriyyəti müxalifətlə dialoqda hər-hansı qərarın qəbul edilməsi üçün konkret səlahiyyətə malik olmayan şəxslərdir"-deyə E.Namazov vurğulayıb və onları "ölkə rəhbərliyinin qərarlarını reallaşdıran həlqələr" adlandırıb.

Xatırladaq ki, ATƏT-in Bakı ofisinin təşkil etdiyi seminarda siyasi partiya liderləri ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Quba və Naxçıvan şəhər icra hakimiyyətlərinin, eləcə də respublika paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti