ABŞ-nın Oklaxoma ştatının hökumət və kommersiya missiyası sentyabrın 16-dək Bakıda olacaq.Bu barədə Trend ə ABŞ-nın Bakıdakı səfirliyinin mətbuat xidmətində bildirilib.
Səfər çərçivəsində hər iki ölkənin hökumət strukturları və özəl şirkətləri arasında ticarət, təhsil və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri araşdırılacaq.Amerika tərəfi həmçinin energetika, kənd təsərrüfatı, humanitar layihələr sahəsində də maraqlıdır.
Dövlət tərəfdaşlıq proqramı əsasında ABŞ səfirliyinin müdafiə sahəsində əməkdaşlıq Ofisi səfərə dəstək göstərir.