...

AZƏRBAYCAN İLƏ VATİKAN ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Siyasət Materials 12 Sentyabr 2005 19:29 (UTC +04:00)

Əməkdaşlığın inkişafı məsələləri sentyabrın 12-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Vatikanın səlahiyyətli nümayəndəsi, kardinal Kresçenso Sepenin görüşündə nəzərdən keçirilib.

Trend bildirir ki, dövlət başçısı Bakıda yeni katolik kilsəsinin təməlqoyma mərasimini çox əhəmiyyətli hadisə adlandırıb. "Azərbaycanda bu kilsənin tikintisi bir daha göstərir ki, Azərbaycanda dini dözümlülük yüksək səviyyədədir.

Bütün dinlər azad fəaliyyət göstərir, bütün insanlar bir ailə kimi yaşayır" -deyə İ.Əliyev bildirib və əlavə edib ki, Azərbaycan Vatikanla münasibətlərin inkişafına böyük önəm verir. "Biz yüksək səviyyədə olan münasibətlərimizdən çox razıyıq.Əminik ki, əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək" -deyə prezident bildirib.

Kardinal öz səfərindən danışaraq qeyd edib ki, Vatikanın başçısı XII Benedikt bu səfəri mühüm hesab edir.O, Azərbaycanda planlaşdırılan və keçirilən işlərə dəstəyə görə öz təşəkkürünü bildirib.

Kardinalın sözlərinə görə, katolik kilsəsinin tikilməsi üçün sahənin ayrılması Vatikan tərəfindən çox yüksək qiymətləndirilir və əməkdaşlığı inkişaf etdirmək arzusuna bariz nümunədir.

K.Sepe həmçinin kimsəsizlər üçün sığınacaq tikilməsinə yer ayrıldığına görə öz minnətdarlığını bildirib.Onun sözlərinə görə, Vatikan və Bakının katolik icması həmişə Azərbaycanın inkişafına dəstək verməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti