...

2005-2006-CI İLDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLMUŞ 100 TƏLƏBƏ PREZİDENT TƏQAÜDÜ ALACAQ

Siyasət Materials 12 Sentyabr 2005 20:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də 2005-2006-cı tədris ilində ölkənin ali məktəblərinə qəbul olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Trend bildirir ki, sənədə əsasən,imtahan verərkən maksimum bal toplamış 100 tələbə prezident təqaüdü alacaq.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycanda ən yüksək bal toplamış tələbələrə təqaüdlər 2001-ci ildən verilir.

Xəbər lenti

Xəbər lenti