...

AMDP SENTYABRIN 14-DƏ ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA NÖVBƏTİ PİKETİNİ KEÇİRƏCƏK

Siyasət Materials 13 Sentyabr 2005 12:32 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) sentyabrın 14-də Ədliyyə Nazirliyinin qarşısında növbəti piketini keçirəcək. Bu barədə Trend ə AMDP-dən məlumat verilib.

Qeyd edək ki, AMDP dövlət qeydiyyatına alınmasının yubadılmasına etiraz olaraq Ədliyyə Nazirliyinin binası qarşısında silsilə etiraz aksiyaları keçirməyə qərar verib. Sentyabrın 12-də keçirilən piket icazəsiz olduğundan polis əməkdaşları tərəfindən dağıdılıb. Partiyadan bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin növbəti piketə icazə verib-verməməsindən asılı olmayaraq, sentyabrın 14-də piket keçirilməsinə cəhd göstəriləcək.

Milli Demokrat Partiyasının rəhbərliyi hesab edir ki, partiyanın sənədlərində hər hansı bir çatışmazlığın olması barədə heç bir xəbərdarlıq edilmədiyinə və sənədlərin təqdim olunduğu vaxtdan bəri xeyli müddət keçdiyinə görə AMDP rəsmən qeydiyyata alınmış sayılmalıdır. Lakin partiyaya qeydiyyat haqqında şəhadətnamə təqdim olunmur.

Xəbər lenti

Xəbər lenti