...

SEÇKİNİN TƏBLİĞAT KAMPANİYASI "YENİ SİYASƏT" VƏ "AZADLIQ" BLOKLARININ ƏMƏKDAŞLIĞINI GECİKDİRİR

Siyasət Materials 13 Sentyabr 2005 14:19 (UTC +04:00)

"Yeni Siyasət" və "Azadlıq" blokları arasında əməkdaşlıq sazişinin imzalanması seçkinin təbliğat kampaniyası çərçivəsində efirdə çıxışlarının başlanması səbəbindən gecikib. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun həmtəsisçisi, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev məlumat verib.

Qeyd edək ki, "Yeni Siyasət" blokunun Əlaqələndirmə Şurasının iclasında "Azadlıq" bloku ilə əməkdaşlıq edilməsi və bununla bağlı saziş imzalanması məsələsi müzakirəyə çıxarılaraq qərar qəbul olunmalı idi.

Lakin Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən püşkatmanın nəticələrinə görə, ilk çıxışı sentyabrın 12-də "Yeni Siyasət" seçki blokunun namizədləri etməli oldu. Buna görə də Əlaqələndirmə Şurasının həmin gün keçirilən iclası yalnız təbliğat çıxışlarına hazırlıq məslələrinə həsr olundu.

E.Quliyevin sözlərinə görə, bu günlərdə "Yeni Siyasət" bloku "Azadlıq"la əməkdaşlıq sazişi imzalanmasına dair qərarını verəcək: "Çünki bu əməkdaşlıq artıq iki blokun maraqları çərçivəsindən çıxıb ictimai sifarişə çevrilib",-deyə E.Quliyev vurğulayıb.

Blok üzvü onu da bildirib ki, "Yeni Siyasət" sentyabr ayının sonunda kütləvi aksiyalara başlayacaq. E.Quliyevin sözlərinə görə, izdihamlı tədbirlərin keçirilməsi planlaşdırıldığından, blok bu aksiyalara çox ciddi və məsuliyyətlə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti