...

"YENİ FİKİR" GƏNCLƏR HƏRƏKATININ HƏBS EDİLMİŞ SƏDR MÜAVİNİ POLŞA SƏFƏRİ İLƏ BAĞLI DİNDİRİLİR

Siyasət Materials 13 Sentyabr 2005 14:22 (UTC +04:00)

Sentyabrın 12-də həbs edilmiş "Yeni Fikir" Gənclər Hərəkatının sədr müavini Səid Nuri hərəkatın sədri, hazırda həbsdə olan Ruslan Bəşirli ilə birlikdə avqust ayının əvvəlindəki Polşa səfərinə görə dindirilir. Bu barədə Trend ə hərəkatın üzvü Fikrət Fərəməzoğlu məlumat verib.

F.Fərəməzoğlunun sözlərinə görə, Ruslan Bəşirli ilə Səid Nuri həmin səfərə seminarlarda iştirak etmək üçün gedib. Səfər avqust ayının 1-dən 3-nə kimi davam edib. Ruslan Bəşirli vətənə qayıdandan sonra həbs olunub. F.Fərəməzoğlu: "Ruslan bəşirliyi verilmiş ittihamlardan biri də həmin Polşa səfəri ilə bağlıdır. İttihama jgörə, Ruslan Bəşirli və Səid Nuri Polşada olarkən müəyyən qruplar tərəfindən dövlətçiliyimiz əleyhinə təlimatlandırılıb.

Ruslan Bəşirlinin həbsindən sonra Səid Nuri hələ Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət olunub şahid qismində dindirilərkən də onu bu səfərlə bağlı suallar verilmişdi. Ancaq Səid Nuri bildirmişdi ki, səfər zamanı dövlətçilik əleyhinə heç bir danışıq olmayıb".

F.Fərəməzoğlunun sözlərinə görə, Səid Nuri saxlanılandan sonra əvvəlcə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə, oradansa Nərimanov rayon Polis İdarəsinə aparılıb və hazırda həmin idarənin təcridxanasında saxlanılır.

"Səid Nuri Azərbaycanda dövlət çevrilişinə cəhddə, mənsub olduğu təşkilatın xaricdən maliyyələşdirilməsində, silahlı qruplaşmalar yaratmaqda şübhəli bilinir.

Ancaq bizə elə gəlir ki, həbslər bununla bitməyəcək. Yəqin ki, yaxın günlərdə hərəkatın daha bir neçə üzvü saxlanılacaq. Bu, istintaq orqanlarına cinayətkar dəstə formalaşdırmaqdan ötrü lazımdır" - deyə F.Fərəməzoğlu bildirib

Xəbər lenti

Xəbər lenti