...

AZƏRBAYCAN GƏLƏCƏKDƏ Aİ İLƏ DAHA KONKRET ÇƏRÇİVƏDƏ ƏMƏKDAŞLIĞIN TƏRƏFDARIDIR

Siyasət Materials 13 Sentyabr 2005 16:25 (UTC +04:00)
AZƏRBAYCAN GƏLƏCƏKDƏ Aİ İLƏ DAHA KONKRET ÇƏRÇİVƏDƏ ƏMƏKDAŞLIĞIN TƏRƏFDARIDIR

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə daha konkret çərçivədə əməkdaşlığın tərəfdarıdır.Sentyabrın 13-də Trend ə bu barədə AR xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev eksklüziv olaraq bildirib.

"Hazırda Avropa komissiyasının hazırladığı əməkdaşlığın elementləri və bizim təkliflərimiz artıq vardır.Bununla bağlı olaraq biz müvafiq məsləhətləşmələrə başlamalıyıq.

Onların və bizim yanaşmalarımız çox da fərqlənmir, biz əsasən onların təyin etdiyi prioritetlərlə razılaşırıq, amma bizim öz təkliflərimiz də var.Xüsusilə biz hesab edirik ki, hərəkət planı deklarativ yox, konkret xarakter daşımalıdır.

Bizim bu məsələ ilə bağlı keçiriləcək görüşlərdə və danışıqlarda deyəcəyimiz bir sıra digər təkliflər də vardır" -deyə M.Məmmədquliyev qeyd edib.O, həm də bildirib ki, hazırda Azərbaycan tərəfi məsləhətləşmələrə başlanılması üçün Aİ ekspertlərini gözləyir.

Öncə qeyd olunduğu kimi, Avropa komissiyası nümayəndələrinin yeni qonşuluq Siyasəti çərçivəsində hərəkət planının ilkin variantının müzakirəsi üçün səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.Xüsusilə, ekspertlər cari ilin sonunadək gələcək yoxsa 2006-cı ildə səfərə üstünlük verir, hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti