...

"AZADLIQ" BLOKU BAKIDA HÖVBƏTİ AKSİYASIHI BAŞQA MEYDAHDA KEÇİRMƏK İSTƏYİR

Siyasət Materials 13 Sentyabr 2005 16:55 (UTC +04:00)

"Azadlıq" seçki bloku Bakıda növbəti kütləvi aksiyasını sentyabrın 25-də keçirəcək. Trend in məlumatına görə, bu barədə sentyabrın 13-də blokun liderlərinin iclasından sonra mətbuat konfransı keçirən Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

O, bildirib ki, növbəti aksiyanın yeri "Qələbə" meydanı olmaya bilər. Belə ki, kütləvi aksiyaların marşrutunu zənginləşdirməyi qərara alan "Azadlıq" bloku Bakının rayonlarında yerləşən meydanların birində aksiya keçirilməsi mümkün sayır.
İ.Qəmbər bildirib ki, "Azadlıq" blokunun liderləri sentyabrın 10-da keçirilən yürüş-mitinqin möhtəşəm keçdiyi, lakin hakimiyyətin təxribatı üzündən çıxışların baş tutmadığı qənaətindədir: "Sonradan apardığımız araşdırmalar da göstərdi ki, səsgücləndirici aparatda qəfildən yüksək
gərginlik yaradılıb.

Bizim özümüzdə də bir qədər arxayınlıq yaranmışdı. Çünki bundan əvvəl qiyməti ucuz olmayan keyfiyyətli texniki avadanlıqlar almışdıq və heç bir problem yaranmamışdı"-deyə İsa Qəmbər əlavə edib.

Müsavat başqanı onu da deyib ki, "Azadlıq", "Yeni siyasət" seçki blokları və Liberal Partiya onlar üçün AzTI və İTI kanallarında ayrılan pulsuz efir vaxtının başqa bir bölgüsünün aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Müraciətdə bu blokların telekanalda pulsuz təbliğatının həftənin 6 günü yalnız 4 dəqiqəlik deyil, bu vaxtların birləşdirilərək həftədə 2 dəfə, 12 dəqiqə olmaqla bölünməsini təklif olunur. İ.Qəmbərin sözlərinə görə, bu təklifə artıq Yeni Azərbaycan Partiyası etirahz edib, lakin "Azadlıq" bloku bu narazılığı əsassız sayır.

Xəbər lenti

Xəbər lenti