...

YAPONİYANIN SƏFİRİ: İNANIRAM Kİ, AZƏRBAYCANDA DEMOKRATİK SEÇKİLƏR KEÇİRİLƏCƏK

Siyasət Materials 13 Sentyabr 2005 19:09 (UTC +04:00)
YAPONİYANIN SƏFİRİ: İNANIRAM Kİ, AZƏRBAYCANDA DEMOKRATİK SEÇKİLƏR  KEÇİRİLƏCƏK

Azərbaycan regionda ən uğurlu siyasətə malik olan bir ölkədir və bu siyasət dünya ictimaiyyəti tərəfindən tanınır.Bu barədə Trend ə Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe bəyan edib.

"Azərbaycanda olduğum 9 ay ərzində burada yalnız tərəqqi görmüşəm"-deyə diplomat bəyan edib. "Azərbaycanın həmçinin regionda dəstəklədiyi sülh və sabitliyin təminatına yönəldilmiş mövqe arzuolunan və qənaətbəxşdir"-deyə səfir vurğulayıb.O, əmin olduğunu bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri demokratik və şəffaf şəraitdə baş tutacaq.

Səfir deyib ki, bizim xalqlarımız arasında bənzərliklər çoxdur.O, iki ölkə arasında mövcud dostluq münasibətlərinin bütün səylərlə möhkəmləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti