...

NAMİZƏDLƏRİN DƏYİRMİ MASASI BAŞ TUTMAYIB

Siyasət Materials 14 Sentyabr 2005 13:14 (UTC +04:00)

"62 saylı Saatlı seçki dairəsində namizədlərin sentyabrın 10-da nəzərdə tutulan dəyrmi masası baş tutmayıb". Bu barədə Trend agentliyinə iqtidaryönlü "İslahat" seçki blokunun təisiçilərindən və sözügedən seçki dairəsindən namizədliyi qeydə alınan Azad Respublikaçılar Partiyasının (ARP) sədri Kamil Seyidov bildirib.

Partiya sədri dəyirmi masanın baş tutmamasının əsas səbəbini namizədlərin (Cəlal Əliyev və Kamil Seyidovdan başqa) "Azadlıq" blolkunun keçirdiyi son mitinqinə qatılmaları ilə əlaqələndirib: "Tədbiri saat 12.00-a təyin etməyimizə baxmayaraq namizədlər həmin gün "Azadlıq" blokunun saat 17.00-da planlaşdırdığı mitinqdə iştirak etmək üçün Bakıya getmişdilər".

Növbəti dəfə dəyirmi masanın sentyabrın sonlarına planlaşdırıldığını qeyd edən K.Seyidov bununla bağlı 62 saylı Saatlı seçki dairəsinin rəhbərliyinə və namizədlərə dəvətnamələrin göndərildiyini bildirib.

"Dəyirmi masa biz istədiyimiz formada gerçəkləşərsə qərara almışıq ki, bunu "İslahat" seçki blokunun xətti ilə digər seçki dairələrində də tətbiq edək" - deyə K.Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti