...

RİNO HARNİŞ: "NAXÇIVANIN ERMƏNİSTANA MƏXSUS OLMASI BARƏDƏ DANIŞIQLAR GÜLMƏLİDİR"

Siyasət Materials 14 Sentyabr 2005 14:01 (UTC +04:00)
RİNO HARNİŞ: "NAXÇIVANIN ERMƏNİSTANA MƏXSUS OLMASI BARƏDƏ DANIŞIQLAR GÜLMƏLİDİR"

Naxçıvanın Ermənistana məxsus olması barədə danışıqlar sadəcə olaraq gülməlidir. Trend in məlumatına görə, belə bir bəyanatla sentyabrın 14-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş jurnalistlər qarşısında çıxış edib.

ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi saytında Azərbaycan ərazilərinin (Naxçıvan və Qarabağın) Ermənistanın tarixi torpaqları kimi qələmə verilməsi barədə məlumatı şərh edərkən, R.Harniş bildirib ki, bu məsələ "elementar səhvin" nəticəsidir.

"ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə dialoqun davam etdirilməsində fəal iş aparır", deyə R. Harniş bildirib. Səfir Vaşinqtonun ATƏT-in Minsk Qrupu çərçivəsində səylərini qeyd edib.

Amerikalı diplomatdan əvvəl bu faktı şərh edən Azərbaycanın XİN-nin informasiya İdarəsinin rəhbəri Tahir Tağızadə diplomatik korpus tərəfdən hər hansı bir yanlışlığın yolverilməz olduğunu və onun dərindən araşdırılmasının zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti