...

RİNO HARNİŞ: ABŞ BİR NEÇƏ TƏŞKİLAT TƏRƏFİNDƏN "EXIT POLL"-UN KEÇİRİLMƏSİNİ ALQIŞLAYIR

Siyasət Materials 14 Sentyabr 2005 15:56 (UTC +04:00)

Əgər Amerikanın "PA Government Services" şirkəti ilə yanaşı digər təşkilatlar da Azərbaycanda "dəqiq və şəffaf" "exit poll"keçirə bilsə biz onların fəaliyyətini yalnız alqışlayarıq.

Trend bildirir ki, sentyabrın 14-də jurnalistlərlə görüşdə ABŞ-nın Bakıdakı səfiri Rino Harniş ölkədə keçiriləcək 6 noyabr parlament seçkilərində daha iki təşkilata "exit poll" keçirməyə icazə verilməsinə dair Azərbaycan hakimiyyətinin qərarını şərh edərkən bəyan edib.

"Vaşinqton "exit poll" keçirilməsi üçün Bakıdan rəsmi bəyənmə alıb"-deyə Amerika diplomatı xatırladıb və vurğulayıb ki, sorğunun keçirilməsində əsas dəqiqlik və şəffaflıqdır.

Səfir bildirib ki, "PA Government Services"şirkəti Azərbaycanın 65 seçki dairəsində nəticələrinə "tamamilə etibar edilməli olan" "exit poll" keçiriləcək.

ABŞ-nın (NDI) milli demokratiya institutu nümayəndələrinin səsvermə monitorinqində iştirakı məsələsinə toxunan səfir qeyd edib ki, NDI nümayəndələrinin Bakıda iştirakı yalnız Azərbaycan tərəfinin göndərəcəyi rəsmi dəvətdən sonra mümkün olacaq.

"Mənə məlumdur ki, son iki həftədə Azərbaycan hökuməti həmin məsələni müzakirə edir"-deyə R.Harniş bildirib və vurğulayıb ki, Ağ Ev "Bakının həmin addımını alqışlayacaq".

Xatırladaq ki, sentyabrın 2-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) "PA Government Services" şirkəti ilə noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərində "exit poll" aparılmasına dair saziş imzalanmasını elan edib.

"PA Government Services" şirkəti Afrika, Qafqaz, Əfqanıstan və Orta Asiya ölkələrində çoxsaylı layihələr gerçəkləşdirən və bütün dünyada tanınmış konsaltinq şirkətidir.

Xəbər lenti

Xəbər lenti