...

AZƏRSUN HOLDING OKTYABRIN SONLARINDA İMİŞLİ RAYONUNDA ŞƏKƏR ZAVODU İSTİFADƏYƏ VERƏCƏK

Siyasət Materials 14 Sentyabr 2005 16:44 (UTC +04:00)

Oktyabrın sonlarında Azersun Holding Azərbaycanın İmişli rayonunda şəkər zavodunu istifadəyə vermək niyyətindədir. Bu barədə Trend ə şirkətdən məlumat veriblər. Hazırda zavodda tamamlayıcı işlər aparılır, eləcə də, müxtəlif avadanlıqlar quraşdırılır.

Cari ildə şəkər çuğunduru üçün 2 min hektar sayə ayrılıb. Bu məhsuldan zavodda test zamanı istifadə olunacaq. 2006-cı ildə bu məhsula 20 min hektar sahə ayrılacaq. Bu istiqamətdə şirkət avadanlıqlar və toxumla fermerlərə yardım göstərəcək.

Hazırda zavodun tikintisinə 65 milyon dollardan artıq vəsait xərclənib. Dünya bazarında tikinti imateriallarının qiymətlərinin bahalaşması nəticəsində layihə bahalaşıb.

Belə ki, tikinti işləri tam başa çatanadək daha 10 milyon dollaradək vəsaitin xərclənəcəyi ehtimal edilir. Zavodun gücü ildə 300 milyon ton şəkər istehsal etməyə imkan verəcək. Eyni zamanda, şirkət respublikada tələbatın ödənilməsindən sonra məhsulun bir hissəsini ixrac etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti