...

SORĞU: " RƏYİ SORUŞULANLARIN 73% -İ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR"

Siyasət Materials 14 Sentyabr 2005 17:52 (UTC +04:00)

Azərbaycanda rəyi soruşulanların 73 faizi prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bu barədə Trend ə sentyabrın 14-də "Rəy" monitorinq mərkəzinin rəhbəri Rizvan Abbasov sentyabrın 2-dən 5-nə kimi ölkədə seçkiqabağı vəziyyəti öyrənmək məqsədilə Azərbaycanın 38 yaşayış məntəqəsində keçirilən növbəti rəy sorğusunun nəticələrini şərh edərkən bildirib.

R.Abbasov bildirib ki, "Əgər prezident seçkiləri yaxın bazar günü keçirilsəydi, Siz sadəcə olaraq kimə səs verərdiniz?" sualına rəyi soruşulanların böyük əksəriyyəti (73,1%) prezident İlham Əliyevin xeyrinə səs verib.

Siyahıda növbəti yeri müxalifətçi "Müsavat" partiyasının lideri İsa Qəmbar 5,5 %, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(islahatçılar) sədriƏli Kərimli (3%), Milli Birlik Hərəkatının lideri Lalə Hacıyeva (1,5%), Demokratik Partiyanın sədri Rəsul Quliyev (1,2%) və Etibar Məmmədov (0,7%) tutub.

Respondentlərin 64,3%-i yaxın bazar günü keçiriləcəyi halda prezident seçkilərində iştirak edəcəklərinə əmin olduqlarını bildiriblər. 19,9% öz iştiraklarının "mümkünlüyünü" bildiriblər, 7,1% isə səsvermədə iştirak etməyəcəklərinə əmin olduqların bildiriblər.

"Siz İlham Əliyev barədə adamlar arasında daha çox hansı fikirlərlə qarşılaşırsınız - müsbət, mənfi və ya neytral?" sualına respondentlərin əksəriyyəti (58,9%) "müsbət", 33,4% -i "neytral", 7,7% -i "mənfi" cavablandırıblar.

Aparılan rəy sorğusu nəticəsində məlum olub ki, respondentlərin əksəriyyəti İ.Əliyevin ölkənin regionlarına səfərlərini müvafiq olaraq yaxşı (51%) və çox yaxşı (36,3%), 3,9% və 0,9% isə müvafiq olaraq pis və çox pis kimi qiymətləndirib. 7,9% cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 41,2% -i və 28,5%-i İ. Əliyevin regionlara səfərləri mövcud problemlərin inkişafına çox yaxşı və yaxşı təsir göstərəcəyini hesab edir. 12,4%-i isə bu təsirin yalnız çox əhəmiyyətsiz dərəcədə olacağını hesab edir. 6,2% hesab edir ki, bu səfərlər regionlardakı vəziyyətə heç bir təsir göstərmir və 11,7% -i isə bu suala cavab verməkdə çətinlik çəkir.

Rəy sorğusunda 18 yaşından yuxarı 1450 respondent iştirak edib ki, onların əksəriyyəti (88 %) heç bir partiyaya mənsub deyil.

Xəbər lenti

Xəbər lenti