...

AZƏRBAYCAN İNTERNET FORUMUNUN PREZİDENTİ OSMAN GÜNDÜZ BEYNƏLXALQ QURUMLARA MÜRACİƏT EDİB

Siyasət Materials 14 Sentyabr 2005 18:41 (UTC +04:00)

"109 saylı Balakən seçki dairəsindən namizəd olan Osman Gündüz ABŞ səfiri Rino Harnişə, ATƏT-in Bakı ofisinin rəhbəri Maurizio Pavesiyə, USAİD-in Azərbaycan üzrə nümayəndəsi Ceyms Goginə, Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Kristi Kverkə, Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsinə müraciət edib" Bu barədə Trend ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün seçki qərargahından məlumat daxil olub.

Müraciətdə qeyd olunan dairədə hakim partiyanın namizədinin xeyrinə inzibati resurslardan istifadə edildiyi və Bakıdan göstərişlər əsasında icra strukturlarının seçkiyə müdaxiləsinə yol verildiyi qeyd edilib: "109 saylı Balakən seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılacağına şübhələnmək üçün kifayət qədər əsaslar var"

Seçki qərargahının müraciətində qeyd olunanlar əsas tutularaq 109 saylı Balakən seçki dairəsində beynəlxalq müşahidəçilərin və "exit-poll"un keçirilməsinin zəruriliyi vurğulanıb və beynəlxalq qurumlardan bu dairəyə xüsusi diqqət yetirilməsi xahiş olunub.

Xəbər lenti

Xəbər lenti