...

AZƏRBAYCAN AVROPA ÖLKƏLƏRİ GƏHCLƏR NAZİRLƏRİNİN III KONFRANSINDA TƏMSİL OLUNACAQ

Siyasət Materials 15 Sentyabr 2005 13:14 (UTC +04:00)

Sentyabrın 23-24-də Budapeştdə Avropa ölkələrinin gənclər nazirlərinin III konfransı keçiriləcək. Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətovun Trend ə verdiyi məlumata görə, Azərbaycan həmin konfransda nazir müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Konfransın əsas mövzusu "Zorakılığa qarşı gənclər siyasəti"dir. Konfransın iştirakçıları insan ləyaqəti və sosial birlik, zorkalıqıla mübarizə və digər məsələləri müzakirə edəcəklər. Azərbaycanın nümayəndə heyəti Avropa ölkələrinin nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirməyi və ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etməyi, gənclərin dövlət quruculuğunda, ölkənin sosial və iqtisadi inkişafında rolunun fəallaşması barə fikir mübadiləsi aparmağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti