...

GƏNCƏDƏ YENİ ABİDƏ KOMPLEKSİ İNŞA EDİLƏCƏK

Siyasət Materials 15 Sentyabr 2005 18:41 (UTC +04:00)

Gəncə şəhərinin girəcəyində yeni abidə kompleksinin inşası nəzərdə tutulub. Trend ə məlumat verən şəhərin baş rəssamı Şərif Şərifov bu haqda qərarın İcra başçısı E.Əzizov tərəfindən verildiyini qeyd etdi.

Cavad xanın əsgərlərinin xatirəsinə həsr olunacaq abidənin vətənpərvərlik əhəmiyyəti əsas götürülüb: "Bürüncdən hazırlanacaq abidədə Gəncə qalasının fonunda bayraq və əlində nizə tutmuş əsgər əks olunacaq. Bu bir növ şəhəri qoruyan keşikçi olacaq və Gəncənin rəmzinə cevriləcək"- deyə əlavə etdi. Tikinti işləri şəhər büdcəsi hesabına olmaqla ilin sonundan başlanılacaq.

Xəbər lenti

Xəbər lenti