...

HEYDƏR ƏLİYEV FONDU ŞAGİRDLƏRİ BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Siyasət Materials 15 Sentyabr 2005 19:42 (UTC +04:00)

Heydər Əliyev fondu Azərbaycanın şagirdlərini 15 sentyabr - bilik günü münasibətilə təbrik edib.Fondun icraçı direktoru Anar Ələkbərov Trend ə bildirib ki, bu gün Azərbaycanın ayrı-ayrı rayon və kəndlərində uşaqlar Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilən yeni məktəblərə gedib və hədiyyə olaraq məktəb ləvazimatı alıb.

A.Ələkbərov bildirib ki, bu gün oÖ Sabirabad və Biləsuvar rayonlarında olub, bu rayonların ərazisində kompakt yaşayan qaçqın və məcburi köçkünlərlə görüşüb.

Fondun icraçı direktoru məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəb ləvazimatları çanta, dəftər, şəkil albomları və digər hədiyyələr verib.O, həmçinin Fondun proqramı çərçivəsində məktəblərin tikildiyi yaxın rayonlarda da olub və tikinti işləri ilə maraqlanıb.

A.Ələkbərovun sözlərinə görə, yeni tədris ilinin başlanması ilə humanitar yardım olaraq Fond Gürcüstanın Azərbaycan məktəblərinə məktəb ləvazimatları göndərib.

Fondun icraçı direktoru bildirib ki, bu günlərdə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən tikilən məktəblərin rəsmi açılış mərasimi keçiriləcək.Xatırladırıq ki, həmin proqram çərçivəsində ölkədə 132 məktəb tikiləcək. Bəzi məktəblər artıq tikilib, qalanında isə tikinti davam etdirilir.

Fondun prezidentinin təşəbbüsü ilə qəbul edilmiş proqramın məqsədi təhsil sahəsində böyüməkdə olan gənc nəsil üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti