...

BƏLƏDİYYƏLƏRLƏ İCRA HAKİMİYYƏTLƏRİNİN ƏLAQƏLƏRİNƏ DAİR QANUN LAYİHƏSİ HAZIRLANIR

Siyasət Materials 15 Sentyabr 2005 19:52 (UTC +04:00)

Milli Məclis tərəfindən bələdiyyələrlə icra orqanları arasında əlaqələrin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır. Trend in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin rəhbəri Mehdi Səlimzadə açıqlama verib.

M.Səlimzadə bildirib ki, yerli özünüidarə strukturları olan bələdiyyələrlə həmin ərazinin icra hakimiyyətləri arasında münasibətlərdə bir sıra problemlər var. Bu problemlər özünü daha çox ölkənin şimal və cənub regionlarında qabarıq şəkildə büruzə verir.

Lakin M.Səlimzadə hesab edir ki, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında əlaqələrin qarşılıqlı tənzimlənməsi haqqında qanun layihəsi parlament tərəfindən qəbul edildikdən sonra bu problemlər azalacaq.

Xəbər lenti

Xəbər lenti