...

MİLLİ DEMOKRAT PARTİYASI "AZADLIQ" BLOKUNUN AKSİYALARINDA İŞTİRAK ETMƏYƏCƏK

Siyasət Materials 16 Sentyabr 2005 14:32 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) "Azadlıq" blokunun kütləvi aksiyalarında iştirak etməyəcək. Bu barədə Trend ə AMDP-dən açıqlama verilib. Partiya sədrinin birinci müavini Şəmsəddin Rəhimli bildirib ki, "Azadlıq" blokun həmsədrlərindən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli blokun sentyabrın 25-də keçirəcəyi yürüş-mitinqdə iştirak etməsi üçün AMDP-yə məktubla müraciət edib. Lakin Milli Demokrat Partiyası bu dəfə "Azadlıq" blokunun aksiyasına qoşulmayacaq.

"Biz indiyədək "Azadlıq" blokunun kütləvi aksiyalarında iştirak etmişik. Əli Kərimlinin bizə müraciəti də Milli Demokrat Partiyası ilə AXCP arasında imzalanmış ikitərəfli sazişə söykənir. Amma indiki tədbirləri artıq "Azadlıq" blokunun təbliğat xarakterli aksiyalarıdır.

Biz bu blokun üzvü deyilik və onların təbliğatında da iştirak etməyəcəyik. Amma partiya üzvlərinin fərdi qaydada həmin aksiyalara qatılmasına heç bir qadağa qoyulmayıb",-deyə AMDP-nin sədr müavini bildirib.

Ş.Rəhimli onu da qeyd edib ki, AMDP bütün müxalifət partiyalarına əməkdaşlıqla bağlı müraciət ünvanlayıb və onları sentyabrın 19-da birgə görüşə dəvət edib.

Həmin tədbirdə müxalifət partiyaları arasında seçkidə əməkdaşlıqla bağlı birgə saziş imzalanması da nəzərdə tutulub. Lakin hələlik AMDP-nin bu dəvətinə heç bir partiya tərəfindən cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti