...

DİN BAŞ CİNAYƏT AXTARIŞ İRADƏSİNİN RƏİSİNƏ YENİ MÜAVİN TƏYİN EDİLİB

Siyasət Materials 16 Sentyabr 2005 14:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin (DİN BCAİ) rəisi Emin Şəkinskiyə yeni müavin təyin edilib. DİN-dəki mənbələrdən Trend ə verilən məlumata görə, nazir Ramil Usubovun əmri ilə müavin vəzifəsini DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə Qarşı Şöbəsinin rəisi işləmiş Müzəffər Novruzəliyev icra edəcək.

Məlumatı Müzəffər Novruzəliyev də təsdiqləyib və bildirib ki, artıq DİN-dəki yeni vəzifəsinin icrasına başlayıb.

DİN BMCMİ-nin İnsan Alverinə Qarşı Mübarizə Bölməsindən isə məlumat əldə etdik ki, hazırda həmin bölmənin rəisi vəzifəsini bölmənin əməliyyat işçisi polis mayoru Zaur Fətəliyev icra edir. Z.Fətəliyev bizimlə söhbətində bu vəzifəni yeni rəis təyin olunana qədər icra edəcəyini bildirib.

DİN Cinayət Axtarış İdarəsinin Şəxsiyyət Əleyhinə Törədilən Cinayətlərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsinə isə hələ də rəis təyin edilməyib. Şöbənin rəisi işləmiş Məzahir Əliyev avqustun 31-də intihar edəndən sonra həmin vəzifəni müvəqqəti icra etmək onun müavininə həvalə olunub.

Məlumatları DİN mətbuat xidmətindən də təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti