...

"AZADLIQ" BLOKU ATƏT-İN VASİTƏÇİLİYİ İLƏ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ İLƏ DANIŞIQLAR APARIR

Siyasət Materials 16 Sentyabr 2005 14:53 (UTC +04:00)

"Azadlıq" blokunun sentyabrın 25-də keçirəcəyi yürüş-mitinqin marşrutu ilə bağlı ATƏT-in vasitəçiliyi ilə Bakı Şəhər İcra Hakimyyəti ilə danışıqlar aparılır. Bu barədə Trend ə "Azadlıq" blokunun Seçki Qərargahının rəhbəri Arif Hacılı məlumat verib.

O bilidrib ki, seçkilərin təbliğat kampaniyası dövrü olduğuna görə "Azadlıq" bloku artıq "Qələbə" meydanında aksiya keçirmək niyyətində deyil. Buna görə də blok Bakı Şəhər İcra Hakimiyyətinə 6 marşrut təklif edib.

Bu ünvanlar "Azadlıq" meydanı, "Xalçaçılıq muzeyi"nin qarşısındakı meydan, Cəfər Cabbarlının heykəli qarşısındakı meydan, Nərimanov kinoteatrının qarşısındakı meydan, Fuzuli meydanı və Milli Elmlər Akademiyasının qarşısındakı meydandır.

Arif Hacılı bildirib ki, bu ünvanlardan birində "Azadlıq" blokunun mitinq keçirməsi üçün icazə verilməsi uğurlu və vacib qərar olardı: "Biz ümid edirik ki, bu meydanlardan biri "Azadlıq" blokuna aksiya keçirmək üçün veriləcək. Bu məsələ ilə bağlı ATƏT rəhbərliyi də Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparır"-deyə A.Hacılı bildirib.

Seçki qərargahının rəhbəri onu da bildirib ki, bundan əvvəlki aksiyada texniki problemlər üzündən çıxışların baş tutmaması və digər çatışmazlıqlar sentyabrın 25-də olmayacaq.

Çünki "Azadlıq" bloku problemlərin olmaması və yaradıla biləcək təxribatların qarşısının alınması üçün tədbirlər görəcək: "Çalışacağıq ki, hər hansı təxribatlardan sığortalanmaq üçün əlavə tədbirlər görək. Bu dəfəki aksiyada 50 mindən çox adamın iştirakını nəzərdə tutmuşuq",-deyə "Azadlıq" blokunun funksioneri bildirib.

Xəbər lenti

Xəbər lenti