...

ELDƏNİZ QULİYEV MÜSAVAT PARTİYASINA QARŞI İTTİHAMLA ÇIXIŞ EDİB

Siyasət Materials 16 Sentyabr 2005 15:02 (UTC +04:00)

"Müsavat demokratik qüvvələrin yolunda xəndək qazır". Trend agentliyi bildirib ki, bu sözləri "Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev deyib.

O, bunu Birlik Partiyası tərəfindən 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyi irəli sürülən Hacıağa Nurinin namizədliyinin Müsavatın Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Vidadi Mahmudlunun təşəbbüsü ilə ləğv olunması ilə əlaqələndirib.

E.Quliyev bildirib ki, adıçəkilən dairədən namizəd olan Müsavat başqanının müavini Rauf Arifoğlu Vidadi Mahmudlu ilə sövdələşib, Hacıağa Nurinin namizədliyinin ləğv olunmasına nail olublar: "Söhbət təkcə hacıdan getmir, bu hadisə onu göstərir ki, onlar iqtidarla əlbir olub milləti pis günə qoyurlar".

Rauf Arifoğlu isə Hacıağa Nurinin namizədliyinin ləğv olunmasına təəssüfləndiyini qeyd edib. Bildirib ki, bu onun özü üçün də gözlənilməz olub: "Mən hacıya bir şəxsiyyət kimi hörmət edirəm və Vidadi Mahmudlunun bu hərəkətini düzgün saymıram".

Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub E.Quliyevin məlum ittihamları ilə bağlı Trend ə bildirib ki, təmsil etdiyi partiyanın MSK-dakı nümayəndəsinə böyük hörmətləri var və onun qanun çərçivəsində gördüyü işə etiraz edənlərin bütünlükdə Müsavatı ittiham etmələri ən azından siyasi əxalqsızlıqdır.

"Eldəniz Quliyevə gəldikdə isə yaxşı olardı ki, o gedib təmsil olunduğu blokun və özünün seçki təbliğatını düzgün formalaşdırsın. Müsavat əsl müxalifətdir və hakimiyyətlə heç bir danışıqlara getməyib, getməyəcək də...".

Müsavat Partiyası sədrinin digər müavini Sülhəddin Əkbər isə təmsil olunduğu partiyanın ünvanına ittiham səsləndirən insanları ciddi fiqur hesab etmədiyi üçün onlara cavab verməyi özünə sığışdırmadığını deyib.

Xəbər lenti

Xəbər lenti