...

AZƏRBAYCANIN MİLLİ BƏLƏDİYYƏLƏR ASSOSİASİYASININ YARADILMASI MƏQSƏDİLƏ 25 BƏLƏDİYYƏ ÜZVÜNDƏN İBARƏT İŞÇİ QRUP TƏŞKİL EDİLƏCƏK

Siyasət Materials 16 Sentyabr 2005 16:08 (UTC +04:00)

Azərbaycanın milli bələdiyyələr Assosiasiyasının (MBA) yaradılması layihəsi çərçivəsində 25 bələdiyyə üzvündən ibarət işçi qrup təşkil ediləcək. Trend bildirir ki, sentyabrın 16-da Bakıda keçirilən mətbuat konfransında Avropa Şurası (AŞ) yerli və regional özünüidarə orqanları Konqresinin üzvü, Avropa Xalq partiyasının nümayəndəsi Vim Van Gelder (Wim Ian Gelder) bildirib.

"Biz ümid edirik ki, MBA-nın yaradılması Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsinə təkan verəcək.Şübhəsiz ki, Assosiasiyanı təşkil etmək asan olmayacaq"-deyə Vim Van Gelder bildirib və qeyd edib ki, əsas Azərbaycanın öz tərəfindən olan dəstəkdir.

Eyni zamanda ekspert qeyd edib ki, işçi qrupunun tərkibinə Azərbaycanın bütün siyasi partiyalarının nümayəndələri də daxil ediləcək ki, bu da onun işinin "demokratik" təşkil edilməsi üçün imkan yaradacaq.

"Əgər AŞ Baş katibi Terri Devisin Bakıya bu yaxınlarda keçirilən səfəri ümummilli səviyyədə demokratiyanın bərqərar olmasının təmin edilməsinə yönəlmişdisə, onda MBA bilavasitə yerlərdə demokratiyanın inkişaf etdirilməsinə imkan verəcək"-deyə AŞ eksperti qeyd edib və bildirib ki, Azərbaycan Avropanın yerli özünüidarə xartiyasını imzalayıb.Bu sənədə əsasən ölkədə milli bələdiyyələr Assosiasiyasının yaradılması mütləqdir.

Qeyd edək ki, MBA 2007-ci ilin sonunadək Norveç hökumətinin bilavasitə dəstəyi ilə yaradılacaq.

Xəbər lenti

Xəbər lenti