...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI BİTƏRƏF VƏ MÜXALİFƏTDƏN OLAN NAMİZƏDLƏRİ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 16 Sentyabr 2005 17:19 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) namizədi olmayan seçki dairələrində müxalifətin və bitərəflərin namizədlərini dəstəkləyəcək" Bu barədə ALDP sədri Fuad Əliyev bildirib.

Sentyabrın 16-da partiyanın Rəyasət Heyətinin keçirdiyi iclasda qəbul edilən qərara əsasən ALDP 12 bitərəf namizədin və 18 müxalifət partiyasından olan namizədlərin xeyrinə təbliğat aparacaq: "Bu barədə artıq partiyanın müvafiq rayon təşkilat sədrlərinə göstəriş verilib".

ALDP tərəfindən dəstəklənəcək müxalifət partiyaları və namizədləri sırasına Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının ilderi Etibar Məmmədov və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət və digərlərin adları daxildir.

ALDP qərara alıb ki, partiyanın rayon təşkilat sədrəlri və üzvləri bu şəxslərin leyhinə səs versinlər.

Xəbər lenti

Xəbər lenti